Ağacan Abiyev: “İnsanı insan edən onun mədəniyyətidir” - ÖZƏL

Ağacan Abiyev: “İnsanı insan edən onun mədəniyyətidir” - ÖZƏL

Mədəniyyət ali insanlara məxsus olan zənginliklərdən biri, bəlkə də ən vacibidir. Lakin mədəniyyətin bilmədiyimiz tərəfləri də mövcüddur ki, bu barədə elmi əsaslar var. Mədəniyyətin insana necə təsir etdiyini və bilmədiyimiz maraqlı məqamlar barədə elm və idman xadimi, millət vəkili, professor Ağacan Abiyevlə söhbətləşdik.

SİA-ya açıqlamasında millət vəkili bildirib ki, insanı insan edən sözün əsl mənasında mədəniyyətdir: "Mədəniyyət olan yerdə hər şey qaydasında olur. Demək olar ki, insanın ruhuna xitab edən musiqi, rəsm, teatr, poeziya bütün bunlar mədəniyyətin formalaşmasına xidmət edir. Musiqidə səs tezliyi, səsin rəng çalarları insan orqanizmində ahəng yaradır. Onu da deyək ki, təkcə insanlar yox, bütün dünya ritmlə işləyir. Musiqidəki hər səsin, rəsimdəki, təbiətdəki hər rəngin beynimizə təsir gücü var. Beyinə gedən bu tezliklər ən kiçiyindən böyüyünə kimi elmdə rənglərlə müəyyənləşib. Bizim bütün orqanlarımız fəqrli quruluşa malikdir və onlar fərqli materiallardadır. Məxsusi tezliklə işləyən orqanlarımıza gözümüzün gördüyü gözəlliklər və qulağımızın duyduğu səslər öz təsirini edir. Bu səslər və rənglər zövq öxşayırsa beyin bu gözəllikdən aldığını məxsusi tezliklərlə çalışan orqanlara göndərir. Bu zaman orqanlar öz işini ən yüksək səviyyədə görməyə başlayır. Deməli, mədəniyyət bütövlükdə insanın sağlamlığına və ruhuna xidmət edir. Bu baxımdan, sağlam həyat tərzi üçün idmanla bərabər, mədəniyyətin də böyük rolu var. Mədəniyyət eyni zamanda insanın əxlaqına, düyagörüşünə də müsbət təsir edir. Mədəniyyətlə formalaşan insanlar təbii ki, nümunəvi davranış nümayiş edəcəklər. İnsan bədənində yaranan stres vəziyyətinin normallaşması üçün bayaq sadaladığım sənət, mədəniyyət nümunələri olduqca böyük rol oynayır. Buna görədir ki, kefimizin ən pis anında baxdığımız gözəl mənzərə, eşitdiyimiz gözəl musiqi, təmiz havada gəzinti əhvalımızı yenidən bərpa edir. Mədəniyyət həm də insanın həyat fəaliyyətinə gözəl təsir edir”.

JALƏ

Bütün xəbərlər Facebook səhifəmizdə