Türkiyənin tanınmış aktrisası Beren Saat iranlı rejissorun filminə çəkiləcək- FOTO
Türkiyə telekanallarının birində yayımlanan, böyük tamaşaçı kütləsi toplayan "Fatmagülün suçu ne?" serialının baş qəhrəmanı, tanınmış gənc aktrisa Beren Saat dünya şöhrətli iranlı rejissor Bahman Qobadinin Türkiyədə çəkəcəyi yeni filmində rol alacaq.
SİA-nın "Milliyət" qəzetinə istinadən verdiyi məlumata görə, aktrisa fevralda çəkilişlərinə başlanacaq filmin hekayəsini çox sevdiyini bildirib. Filmin mövzusu həbsxanaya yenicə çıxmış məşhur bir adamın həyatından bəhs olunur".
Beren Saat, həmçinin son günlərdə tez-tez B. Qobadi ilə görüşüb ssenari üzərinə çalışdığını vurğulayıb. Bununla yanaşı, filmdə rol alanlar arasında türkiyəli məşhur aktyor Caner Cindoruk da var. Cindoruk iranlı rejissorun çəkəcəyi filmdəki baş qəhrəmanın gəncliyini canlandıracaq.
Qobadi filmdə rol alması üçün həmçinin "Ezel" serialının baş rolunun ifaçısı Kənan İmirzaloğlu ilə Tuba Büyüküstünə də təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB