Bakıda Müşfiqin abidəsi ucaldıldı

Paytaxtdakı 18 nömrəli tam orta məktəbdə görkəmli şair Mikayıl Müşfiqin abidəsinin və xatirə lövhəsinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şairin yaxınları, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.

agirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şairin şeirlərindən parçalar söyləyib və mahnılar ifa ediblər.

Qeyd edək ki, abidənin müəllifi heykəltəraş Teymur Qəribovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə