Cəbrayıl rayonunun Uşaq incəsənət və musiqi məktəbinin kollektivləri tədbirlər keçiriblər FOTOLAR

Cəbrayıl rayonunun Uşaq incəsənət və musiqi məktəbinin kollektivləri tədbirlər keçiriblər FOTOLAR

Cəbrayıl rayon Böyük Mərcanlı kənd Uşaq incəsənət məktəbinin şagirdlərdən ibarət ansamblı “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il bayramı münasibətilə Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin həyətində konsert proqramı ilə çıxış ediblər. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, tədbir şagirdlərlə yanaşı kənd sakinləri, ziyalılar və rəsmi dövlət nümayəndələri tərəfindən də izlənmişdir və böyük maraqla qarşılanıb.

Eyni gündə Cəbrayıl şəhər Uşaq musiqi məktəbinin kollektivi Cəbrayıl rayonunun işğaldan azad olmuş Cocuq Mərcanlı kəndində "Qayıdış" istirahət parkının acılışında böyük müvəffəqiyyətlə çıxış ediblər.Tədbirdə Cəbrayıl rayonunun elm və incəsənət xadimləri, dövlət işçiləri, eləcə də N saylı hərbi hissənin əsgərləri iştirak ediblər. Tədbir uğurlu alınmış və izləyənlərdə xoş təəssürat yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə