Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanasının “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində yazıçı-publisist, politoloq Reyhan Mirzəzadənin “Bəşəri zəkanın rus dahiləri” kitabı işıq üzü görüb.
Kitabxanadan SİA bildirilib ki, kitab UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsi və MDB-nin Kitab Yayımı Assosiasiyasının loqosu ilə nəşr olunub.
Topluda böyük rus yazıçıları L.N.Tolstoy, A.P.Çexov, A.S.Qriboyedov, M.Qorki, V.V.Mayakovski, habelə tanınmış rus pedaqoqları A.S.Makarenko, D.K.Uşinski, A.O.Çernyayevski, A.V.Suxomlinski haqqında esselər və elmi tədqiqat yazıları yer alıb.
Qeyd edək ki, bu nəşr müəllifin rus klassikləri haqqında sayca 6-cı kitabıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB