Gənc Tamaşaçılar Teatrından "Qış nağılı" sovqatı

Gənc Tamaşaçılar Teatrından "Qış nağılı" sovqatı

Hər il olduğu kimi bu il də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı kiçik yaşlı tamaşaçılarını unutmayaraq onları diqqət mərkəzində saxlayıb. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yanvar ayının 1-dən 5-nə kimi teatrın azyaşlı seyrçiləri "Yeni il karnavalı"nın iştirakçısı olmaq şansını qazanacaqlar. "Yeni il karnavalı" bu günlər ərzində saat 10.00, 12.00 , 14.00, 16.00-da baş tutacaqdır.

Əvvəlcə teatrın yolkalarla bəzənmiş foyesində Şaxta baba, qar qızı və nağıl qəhrəmanları uşaqlarla müxtəlif maraqlı oyunlar, viktorinalar, yarışlar keçirəcək, daha sonra tamaşa salonuna dəvət olunan uşaqlara xüsusi olaraq yeni il üçün hazırlanmış "Qış nağılı" adlı tamaşa təqdim olunacaq. Bir sözlə "Yeni il karnavalı" uşaqlara əsl bayram əhval-ruhiyyəsi bəxş edəcəkdir.

Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrı valideyn himayəsindən məhrum olan uşaqları, habelə əlil və şəhid ailələrini də sevindirəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə