Azərbaycan bəstəkarı Qara Qarayevin yaradıcılığı haqqında kitab çap olunub
Azərbaycan Respublikası Prezidentinin “Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” 17 oktyabr 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq cari ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Munisə Abdullayevanın “Qara Qarayevin kamera-instrumental yaradıcılığında polifonik formalar” adlı kitabının nəşri başa çatdırılıb.
SİA-nın məlumatına görə, kitab Qara Qarayevin kamera-instrumental yaradıcılığında polifonik formalardan bəhs edir, 3 fəsildən ibarətdir:1)Fortepiano üçün “24 prelyüd” silsiləsində ostinato kompleksləri, 2)Polifonik variasiyalar, 3)Qara Qarayevin fortepiano prelyüdlərinin IV dəftərindən fuqa.
“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilmiş kitab Mədəniyyət Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB