Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni İl münasibətilə kimsəsizlər uşaqlar evində xeyriyyə konserti keçirilib

Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni İl münasibətilə kimsəsizlər uşaqlar evində xeyriyyə konserti keçirilib
Gənc ifaçı Leyla Ramazanlının və Ceyhun Məhərrəmovun rəhbərliyi ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə kimsəsiz uşaqlar evində xeyriyyə konserti təşkil olunub. Leyla Ramazanlının meneceri Ceyhun Məhərrəmovun SİA-ya verdiyi məlumata görə, konsert 4 saat davam edib. Konsert proqramında uşaqları bir neçə maralı oyunlar və müğənnilərin çıxışı ilə sevindirmək mümkün olub.

Qeyd edək ki, bu Leyla Ramazanlının artıq 2-ci xeyriyyə tədbiridir. İfaçının sənət dostları, Vüsal Hacıyev, skripkaçı Səlim Abbasov, Yaşar, Roza Zərgərli, Gülnar Nəbi, Zaur Əmiraslanov, Əbdülxalid, Rahidə Baxışova, əməkdar artist Eyyub Yaqubov və s. tədbirdə iştirak ediblər.

Samir Bayramlı və Lamiyə Rəhimovaın aparıcılıq etdiyi tədbirin əsas məqsədi isə bir gülüş və xoş dəqiqə üzünə həsrət qalan kimsəsizlərin bir neçə saatlıqda olsa sevinməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə