Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Sabah" qrupunun tələbələrinin konserti keçirilib. SİA-nın məlumatına görə, konsertdə Azərbaycan və dünya bəstəkarlarının, o cümlədən D.Şostakoviç, F.Şopen, P.Şuman, S.Raxmaninov, C.Allahverdiyev, A.Məlikov, V.Mustafazadə və başqalarının əsərləri səsləndirilib.
Konsert musiqisevərlər tərəfindən maraqla qarşılanıb.
Dörd ildir fəaliyyət göstərən "Sabah" qrupu İspaniya, Rusiya, Estoniya, Türkiyə və Çexiyada keçirilmiş beynəlxalq müsabiqələrdə laureat adına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB