“Gəncləşən muğam-2” konserti bütün dünyaya internetdə online yayımlanır

“Gəncləşən muğam-2” konserti bütün dünyaya internetdə online yayımlanır
Hazırda Heydər Əliyev Sarayında keçirilən "Gəncləşən muğam-2" konserti bütün dünyaya internetdə online yayımlanır. SİA-nın məlumatına görə, bu konsert sarayda online sistemdə yayımlanan ilk layihədir.

İlk online nümayişi saray tərəfindən test rejimi ilə həyata keçirilir. Konsertin 20 dəqiqəsi internet istifadəçiləri üçün Heydər Əliyev Sarayının www.ha-saray.az rəsmi internet saytında göstərilib. Saray rəhbərliyi bu layihəni mütəmadi olaraq növbəti konsertlərdə də həyata keçirməyi nəzərdə tutur.

Qeyd edək ki, "Gəncləşən muğam -2" layihəsinin bədii rəhbəri xalq artisti Mənsum İbrahimovdur. Konsertdə xanəndənin 26 tələbəsi və 12 gənc ifaçı çıxış edib. Gənc muğam ifaçıları tarda Altay Niftəliyev, Rəşad İbrahimov, Ədalət Behbudov, Rövşən Qurbanov, Rüstəm Müslümov, Nahid Məmmədov, kamançada Araz Ağaverdiyev, Təbriz Yusifov, Pərviz Fərhadov, Elnur Salehov, Ceyhun Muradovun müşayiət ediblər.

Sonda isə Mənsum İbrahimov əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədovun (kamança) müşayiəti ilə tələbələri ilə birgə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə