“Qurtuluş mübarizəsinin qalibi - Heydər Əliyev” - SƏRGİ

“Qurtuluş mübarizəsinin qalibi - Heydər Əliyev” - SƏRGİ

Qazax rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Multimedia kitabxana filialında Azərbaycan dövlətinin müstəqilliyində müstəsna xidmətləri olmuş, dünya şöhrətli siyasətçi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Qurtuluş mübarizəsinin qalibi - Heydər Əliyev” başlıqlı kitab və jurnallardan ibarət sərgi tərtib edilib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, sərgidə 40-a yaxın kitab, 10 adda jurnal və eyni zamanda 10-dan çox elektron nəşr nümayiş olunub.

Rayonun bütün idarə və təşkilatları dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad edərək, sərgi ilə yaxından tanış olublar. Kitabxana filialın müdiri Namazova Rufina dahi şəxsiyyətə həsr olunmuş sərgi haqqında danışıb və bildirib ki, Heydər Əliyev Mərkəzinin kitabxana fondunda Ulu Öndərə həsr olunmuş 157 kitab, 21 jurnal və 150 elektron nəşr var. Kitabxanada rayonun bütün təhsil müəssisələrindən olan şagird və tələbələrə xidmət göstərilir. Burada həmçinin, geniş oxucu kütləsi Ümummilli Liderin siyasi irsini təbliğ edən nəşrlərlə tanış olmaqla birgə həm milli, həm də xarici ədəbiyyat nümumələrindən də istifadə edə bilərlər. Qazax rayon MKS-nin N.Nərimanov qəsəbə kitabxana filialı “Azərbaycanın sönməyən Günəşi”, Daş Salahlı kənd 1 nömrəli kitabxana filialı “Zəmanəmizin böyük Azərbaycanlısı” adlı anım tədbirləri keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə