Yarım əsrə yaxındır ki, dünyanın ən möhtəşəm konsert salonlarında, radio dalğalarında, ekran şəlaləsində milyon-milyon ürəyi fəth edən sehrkar bir səs çağlayır. Bu, "Odlar Yurdu"nun qəlbindən qopub gələn, öz vətəninin, xalqının adını, şöhrətini yaxın-uzaq ellərdə ucalardan-ucalara, zirvələrdən-zirvələrə qaldıran böyük Azərbaycan müğənnisi Zeynəb Xanlarovanın səsidir.
SIA-nın məlumçatına görə, Xanlarova Zeynəb Yəhya qızı 28 Dekabr 1936-cı ildə Bakıda anadan olub. Müğənni 1975-ci Azərbaycan Respublikasının xalq artisti, 1980-cı ildə SSRİ xalq artisti, 1985-ci ildə isə Azərbaycan SSR Dövlət mükafatı laureatı adlarına layiq görülüb.
Zeynəb xanım 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. 1961-ci ildən Opera və Balet Teatrının solistidir. Ü.Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Repertuarında muğam Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz təsnifləri və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının, Q.Qarayev, F.Əmirov, T.Quliyev, C.Cahangirov, A.Məlikov, E.Sabitoğlu, Ə.Tağıyev bəstələdiyi musiqiləri və başqa xalqlarının mahnıları geniş yer tutur.
Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarındandır. O, həmçinin bir sıra mahnıların müəllifidir. Dünyanın əksər ölkələrində konsertlər verib. Haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib.
Onun qastrol səfərlərinin xəritəsini cizmaq çətindir, bəlkə də mümkünsüzdür. Zeynəb xanımın quruda, havada, suda qət etdiyi məsafələri, yolları bir-birinə çalasaq, bəlkə də bir neçə dəfə planetimizin başına dolana bilərik.
Onu dilindən, dinindən, əqidəsindən asılı olmayaraq hər yerdə - Avropada, Asiyada, Afrikada, Amerikada eyni sevgi ilə sevir, eyni hərarətlə qarşılayır və eyni coşqunluqla alqışlayırlar.
O, xalq artistidir! Azərbaycanın, Özbəkistanın, SSRİ-nin Dövlət mükafatı laureatıdır! Bununla yanaşı Yəmən, Əfqanıstan, Əlcəzair, Türkiyə və bir sıra başqa ölkələrdə yüksək təltiflərə layiq görülüb. Köksünü neçə-neçə orden bəzəyir – "Şərəf nişanı", "Xalqlar dostluğu", "Şöhrət" ordeni, "İstiqlal" ordeni.
Bütün dünyada məşhur olan "Melodiya firmasi"nın "Qızıl val" mükafatı da sənətkarın bənzərsiz istedadına, zəngin yaradıcılığına verilən layiqli qiymətdir.
Zeynəb Xanlarova əvəzsiz bir ifaçı olmaqla, Azərbaycan Akademik Opera və Balet teatrının səhnəsində baş rollar oynayır, sənət möcüzələri yaradır. Onun Leylisi, Əslisi, Şahsənəmi teatr tariximizin səhifələrində ədəbi qalacaq obrazlarıdır.
O, 1985-ci ildən üzü bəri Azərbaycan parlamentində deputatdır, xalq arzularının ifadəçisidir.
Biz Onu – Azərbaycan ifaçılıq sənətinin ən parlaq ulduzlarından biri olan Zeynəb Xanlarovanı dünən də sevirdik, bu gündə sevirik, sabah da sevəcəyik!
Xəlqilik və bəşərilik! Bu, onun səsini uzaq üfüqlərə pərvazlandıran qoşa qanaddır.
Onun XX əsr Azərbaycan ifaçılıq sənətində bəlkə də heç kəsin heç zaman qalxa bilməyəcəyi bir zirvəsi var. Onun ecazkar səsi də, sehrkar sənəti də solmaz-saralmazdır, həmişə yaşardır. Bu səs, bu sənət gələcək illərə, nəsillərə, əsrlərə üz tutub.
Həyatının 74-cü ilini başa vuran Zeynəb xanım hər bir sənətkarın arzuladığı zirvəni fəth edə bilib. Uca dağın başı qar olar, qarlı dağlar duman olar. Bu dumanlı, qarlı, şaxtalı ömür yolunda elə bu zirvədə qalmağı arzu edirik. Çünki bundan böyük zirvə ola bilməz!

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB