Nazir: “Gələn ilin qışında Şahdağ istirahət və turizm kompleksində hər şey tam hazır olacaq” - AÇIQLAMA
"Turizm sahəsində olan əsas nailiyyətlərdən biri də yeni ali təhsil ocağı olan Turizm Universitetinin bu il I məzun buraxılışı olub. Bu çox böyük hadisədir". SİA-nın məlumatına görə, bunu açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, Azərbaycanın turizm sahəsi son 3 ildə davamlı şəkildə və böyük sürətlə artmaqdadır: "Sözsüz ki, ildən ilə fərqlər var. Ancaq onu da qeyd edim ki, nəzərdə tutduğumuz inkişaf tempindən heç də geri qalmırıq".
Şahdağ istirahət və turizm kompleksinin inşa edilməsinin sürətli şəkildə davam etdirildiyini deyən nazir onu da vurğulayıb ki, bu qışın sonuna qədər həmin mehmanxanada süni qazlaşdırma sistemi tamamlanacaq, liftlərin beşindən birini istifadəyə verəcəyik və yay müddətində mehmanxanın içərisinin istismara veriləcəyini nəzərdə tutmuşuq. Bu il ekspriment olaraq baxış keçirəcəyik, ancaq gələn ilin qışı üçün mehmanxanada hər şey tam hazır olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB