Mədəniyyət və Turizm Nazirliyinin bu ilin yekun hesabatına həsr olunan kollegiya iclası keçirilib - FOTOSLAYD

Mədəniyyət və Turizm Nazirliyinin bu ilin yekun hesabatına həsr olunan kollegiya iclası keçirilib - FOTOSLAYD
Bu gün Azərbaycan Akademik Milli Dram Tetarında Mədəniyyət və Turizm Nazirliyinin bu ilin yekun hesabatına həsr olunan kollegiya iclası keçirilib. SİA-nın məlumatına görə, yekun tədbirdə Bakıda fəaliyyət göstərən teatrların dirketorları və bir çox incəsənət xadimləri iştirak edib.

İlk olaraq il ərzində müxtəlif fəxri adlara layiq görülən mədəniyyət xadimlərinə mükafatları təqdim edib. Belə ki, Vasif Allahverdiyev əməkdar incəsənət xadimi, Bəxtiyar Axundov və Dilarə Cahangirova əməkdar artist, digər incəsənət nümayəndələri isə müxtəlif adlara layiq görülüblər.

Mükafatlandırmadan sonra çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu il mədəniyyət sahəsində bir çox naliyyətlər əldə olunub: "Bu il 150-dən artıq dövlət əhəmiyyətli mədəniyyət tədbirləri həyata keçirilib. Bununla yanaşı, respublika daxilində də önəmli layilərə imza atılıb. Bütün bu tədbirlərin gerçəkləşməsi təbii ki, Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin və turizminin inkişafına göstərdiyi diqqət və qayğıdan irəli gəlir. Bu il həmçinin turizmin növbəti 6 illik proqramı qəbul olunub. Hətta Heydər Əliyev Fondunun təşəbbüsü ilə vacib tədbirlər keçirilib. Gələn il bizim üçün olduqca məsuliyyətli bir il olacaq. Onu da qeyd edim ki, bu il keçirilən mədəniyyət tədbirlərinə 200 minə yaxın turistlər gəlib".

Nazir həmçinin bildirib ki, nazirlik tərəfindən işğal altındakı Azərbaycan ərazilərində olan abidələrin hesabatı hazırlanıb və beynəlxalq təşkilatlara təqdim edilib: "Bu iş artıq həyata keçirilib və nazirlik tərəfindən hər an bu prioritet istiqamət kimi gündəmdə tutulur. Bütün beynəlxalq tədbirlərdə Azərbaycanın işğal altında olan torpaqlarında nəinki islam mədəniyyətinə, bütün bəşəriyyət mədəniyyətinə aid olan tarixi abidələrin qorunması, bərpası, özünüküləşdirilməsinin qarşısının alınması gündəmdədir. Biz bunun üzərində daima işləyərik. Hesab edirəm ki, sonuncu gözəl bir nümunə Kenyada keçirilən UNESCO-nun Qeyri Maddi-Mədəni İrs Komitəsinin iclasında Azərbaycanın mövqeyinin qəbul olunmasıdır".

Ə.Qarayev 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının beş ilinin tamamlanması ilə əlaqədar ilin sonunda yekun hesabat hazırlanacağını da əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə