“Mənim İçəri Şəhərim” rəsm sərgisinin iştirakçılarına sertifikatlar verilib

“Mənim İçəri Şəhərim” rəsm sərgisinin iştirakçılarına sertifikatlar verilib
Bu gün Abşeron Rəsm Qalereyasında "Mənim İçəri Şəhərim" mövzusunda rəsm sərgisinin iştirakçılarına sertifikatlar verilib. SİA-nın məlumatına görə, sərgi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Abşeron Rəsm Qalereyasının birgə təşəbbüsü ilə həyata keçirilib.

Sərgidə çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi- Mədəni mərkəzinin mədəni kütləvi tədbirlər şöbəsinin müdiri bildirib ki, bu ad altında sərgi 4-cü dəfərdir keçirilir: "Sərginin keçirilməsində əsas məqsəd İçəri Şəhərin yeniyetmələr arasında təbliğ olunmasıdır. Sərginin belə adlandırılması da təsadüfi deyil. Bugünkü sərginin digərlərindən fərqi ondan ibarətdir ki, Bakı şəhərinin müxtəli yerlərindən onlarla uşağın əl işi burada nümayiş olunur. Onu da qeyd edim ki, biz bu sərgidə münsiflər heyətindən imtina etmişik. Hər bir iştirakçı öz işində yeni bir şey tapıb".

Sərgidə 62 əl işi nümayiş olunub. Bakı şəhərinin 9 yaradıcılıq mərkəzinin üzvləri iştirak edib. Bu sərgi müsabiqə yolu ilə təşkil olunmadığından yaş məhdudiyyəti qoyulmayıb.

Sərginin sonunda iştirakçılara sertifikat və xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə