Xalq artisti Fəxrəddin Manafov Səməd Vurğun adına Rus Dram Teatrından gedib. SİA-nın məlumatına görə, tarzən Humay Qədimova aktyorun səhnədən getməsinə məyus olduğunu söyləyib: "Fəxrəddin Manafov canlı əfsanədir. Azərbaycan mədəniyyətinə tövhələr vermiş ziyalıdır. O, böyükdən kiçiyə hər kəsin sevimlisidir. Hər zaman səviyyəsini qoruyub, saxlamış aktyordur. Bəzən elə kəslər var ki, onlar toxunulmazdır. O, istər şəxsiyyət və ya sənətkar olaraq mədəniyyətimizin dəyərli nümunəsidir. Biz belə aktyorları qorumalıyıq. Tamaşaçılar Fəxrəddin Manafovu yenidən səhnədə görmək istəyir".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB