Rafiq Bayramov 3-cü Ümumdünya Mədəniyyət və Turizm Konfransında bir sıra görüşlər keçirib FOTOLAR
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti cari ilin 3-5 dekabr tarixlərində İstanbul şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və YUNESKO tərəfindən birgə təşkil olunan 3-cü Ümumdünya Mədəniyyət və Turizm Konfransında iştirak edir. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə gör, konfrans çərçivəsində nazir müavini Rafiq Bayramov İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, İRSİKA-nın Baş direktoru Halit Eren, Türkiyәnin mədəniyyət və turizm naziri Mehmet Nuri Әrsoy, Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk və Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviç arasında görüş keçirilib.
Görüşlərdə təşkilatlarla əlaqələrin daha da genişləndirilməsi, mədəni marşrutların inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq mədəni marşrutlarda üzvlük məsələləri, ölkələrlə mədəni sahədə birgə layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB