Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirlmiş Kitabxana Sisteminin (MKS) Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanasında görkəmli muğam ustası, Xalq artisti Xan Şuşinskiyə həsr olunmuş videoçarx hazırlanıb. Kitabxanadan SİA bildirilib ki, videoçarxda ustad sənətkarın fotoları, həyat və yaradıcılığından səhifələr əks olunub. Xan Şuşinskinin ifasında səslənən “Şuşanın dağları” və “Qaçaq Nəbi” mahnıları videoçarxın fon musiqisi olaraq seçilib.
Videoçarxda Xan Şuşinskinin adına 2014-cü ildə buraxılmış Azərbaycan poçt markasını da görmək olar. Burada görkəmli sənətkara həsir edilmiş ədəbi nümunələrə, şeirlərə və sənədli filmlərə də yer verilib. Videoçarxa, həmçinin “O, olmasın, bu olsun” filminin qonaqlıq səhnəsində Xan əminin ifası etdiyi "Kürd-Şahnaz" muğamı da daxil edilib.
Qeyd edək ki, “Yubileylər silsiləsi” layihəsi davam edir. Layihənin rəhbəri Yasamal rayon MKS-inin direktoru, UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin sədri Lətifə Məmmədova, əlaqələndiricisi Təranə Heydərovadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB