“Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının üçüncü sayı çapdan çıxıb
Azərbaycan Turizm və Menecment Universitetinin əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının üçüncü sayı çapdan çıxıb. SİA-nın məlumatına görə, jurnala daxil edilən məqalələrdə sağlamlıq sahəsinə investisiya qoyuluşlarının təhlili, ölkə mehmanxanalarında işçilərin mədəniyyət fərqlərinin yaratdığı konfliktlər, iqtisadiyyata xarici investisiyaların cəlb edilməsində azad iqtisadi zonaların rolunun təhlili və qiymətləndirilməsi, UNESCO abidələrinin tanıdılmasında inteqrasiya olunmuş marketinq kommunikasiyaları modelinin qurulması, XX əsrin sonlarında beynəlxalq münasibətlərin əsas istiqamətləri, XX əsrin birinci rübündə böyük Britaniyanın Cənubi Qafqazda ticari-iqtisadi və siyasi maraqları, mədəniyyətlərarası kommunikasiya müasir cəmiyyətin əsas elementi kimi araşdırılmış və tədqiqat nəticələri təhlil edilib.
Jurnalın elektron versiyası ilə ATMU-nun Kitabxana İnformasiya Mərkəzində tanış ola və ya rəsmi saytından elektron versiyanı əldə edə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB