Metropoliten Operanın “Samson və Dalila” tamaşası nümayiş olunub
Metropoliten Operanın Fransa bəstəkarı Kamil Sen Sansın məşhur “Samson və Dalila” operası nümayiş olunub. SİA-nın məlumatına görə, operanın nümayişindən əvvəl ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Haydi Smit çıxış edərək iki ölkə arasında mədəni əlaqələrdən danışıb.
Daha sonra nümayiş olunan tamaşa barədə H.Smit deyib: “Metropoliten Operanın (MET) 2018-2019-cu illər mövsümünün “HD ilə canlı” proqramını Azərbaycanda açıq elan edirik. Nyu-York şəhərində yerləşən Metropoliten Opera tamaşalarının dünya üzrə nümayişi ənənəsi 2006-cı ildən başlayıb, layihədə 70 ölkə iştirak edir. Bu il 2200-dən çox teatr layihəyə qatılıb. MET-in peşəkar tamaşaları hər yerdə təqdim olunur. MET-in təsirli “Samson və Dalila” tamaşası məşhur opera ulduzlarının iştirakı ilə qurulub. Operada Elina Qarança (Dalila), Robero Alaniya (Samson) və azərbaycanlı Elçin Əzizov (Abimeleç) çıxış ediblər”.
Sonra tamaşa təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB