Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Şabran dram dərnəyinə “Xalq teatrı” adının verilməsi ilə əlaqədar tədbir keçirilib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, tədbiri giriş sözü ilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şabran rayonu üzrə nümayəndəsi Əhməd Səmədov açaraq Şabran rayonun tarixindən, mədəni müxtəlifliyindən, teatrın tarixindən danışıb.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev həmin diplomu teatrın rəhbəri Cabir Əmrahova təqdim edərək qeyd edib ki, Şabran dram dərnəyi regionda bu adı almış artıq ikinci teatrdır.
Daha sonra Şabran Xalq Teatrı tərəfindən İlyas Əfəndiyevin əsəri əsasında hazırlanmış və quruluşçu rejissoru Cabir Əmrahov olan “Hökmdar və qızı” adlı tamaşa nümayiş etdirilib.
Sonda çıxış edən Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bu əlamətdar hadisə münasibətilə şabranlıları təbrik edib və teatrın bir sıra üzvlərini Şabran Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB