“Bərdə və bərdəlilər” biblioqrafik məlumat kitabının təqdimat mərasimi keçirilib
Bu gün M.F.Axundov adına Milli Kitabxanada "Bərdə və bərdəlilər" biblioqrafik məlumat kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq bu gün Prezident İlham Əliyevin doğum günü olduğunu qeyd edib. K. Tahirov Prezidenti bu gün münasibəti ilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, uğurlar arzulayıb. Onun Azərbaycanın bütövlüyü uğrunda ümummilli lider Heydər Əliyevin yeritdiyi daxili və xarici siyasəti uğurla davam etdirdiyini, mədəniyyətimizə böyük diqqət yetirdiyini, xüsusilə kitabxana işinə qayğısını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Kitab haqqında danışarkən K.Tahirov Azərbaycanın ən qədim və şöhrətli şəhərlərindən olan Bərdənin tarixinə, tarixi abidələrinə və görkəmli şəxsiyyətlərinə həsr olunan bu kitabda Bərdə və bərdəlilər haqqında ədəbiyyatın biblioqrafıyası, Nizami tərifli bu gözəl diyara həsr olunan şeirlərin də öz əksini tapdığını vurğulayıb.
Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri Firudin Qurbanov bir kitabın tərtib olunduğuna görə kitabxananın kollektivinə öz minnətdarlığını bildirib. O, çıxışında "Bərdə və bərdəlilər" kitabının tərtibatından, quruluşundan və Bərdənin tarixindən, ümumiyyətlə, Bərdə haqqında ilk dəfə belə bir kitabın çap olunduğundan danışıb.
Qeyd edək ki, kitab tədqiqatçı alimlər, kitabxanaçı- biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitab 500 tirajla çap olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB