Ankaradakı xeyriyyə tədbirində Azərbaycanın milli mətbəxi təbliğ olunur

Ankaradakı xeyriyyə tədbirində Azərbaycanın milli mətbəxi təbliğ olunur

Ankarada Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən xeyriyyə tədbiri təşkil olunub. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan pavilyonu da fəaliyyət göstərir. Ölkəmiz hər il təşkil olunan bu ənənəvi tədbirin fəal iştirakçısıdır. Azərbaycan pavilyonunda xalqımızın zəngin milli mətbəxinin nümunələri, ləziz təamlar, ölkəmizdə istehsal olunan qida məhsulları, o cümlədən suvenirlər sərgilənir.

Bütün xəbərlər Facebook səhifəmizdə