Bu gün Miniatür Kitab Muzeyində şairə-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Nurəngiz Günün 80 illik yubileyinə həsr edilən " Nurəngiz Gün. Səksən Yaşın, Səksən anı" adlı kitabın təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə millət vəkilləri, şairlər yazarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk çıxış edən şairənin qızı, millət vəkili Jalə Əliyeva qonaqları salamlayaraq kitab haqqında məlumat verib. O bildirib ki, Miniatür Kitab Muzeyi tərəfindən çap edilən 268 səhifəlik kitabda 80 şeir öz əksini tapıb. Təqdimat mərasimində çıxış edən deputat Elmira Axundova şairə haqqında fikirlərini ifadə edib.
O deyib ki, sovet dönəmində istədiyi kimi yanaşmaq çox ağır idi: "Amma o bacardı. Çox səmimi bir insan olmaqla yanaşı maddi sərvətlər arxasınca qaçmayıb. O həmişə yolu ilə gedib heç kimin yolunu təkrar etməyib. Fərqli metodlardan yazmasına baxmayaraq qələmi ilə sevildi. Onun yaradıcılığı çox zəngin olmaqla yanaşı fəlsəfi fikirlər öz əksini tapıb. Kitabda şeirlərin hansı dövrdə qeyd olunsa idi daha yaxşı olardı. Onun bütöv insan olması şeirlərində öz əksini tapıb".
Millət vəkili Elmira Axundova Nurəngiz Günlə bağlı məqalə yazdığını söyləyib. O, N.Gülü hər zaman hörmətlə xatırlayacağını bildirib. Daha sonra çıxış edən kitabın tərtibçisi Bahar Bərdəli söyləyib ki, dövrün çatışmazlığını qabardıb aşkara çıxaran azsaylı şairlərdən biri Nurəngiz Gün olub.
Onun sözlərinə görə, Nurəngiz xanımın elə bir əsəri yoxdur ki orada hər hansı problemə toxunmasın: "Nurəngiz xanım təbiəti insanlaşdırmaq qabiliyyətinə malik idi. Onun əsərləri öz dəsti xətti ilə seçilib. Xocalı poeması isə xüsusilə seçilir".
B.Bərdəli söyləyib ki, şairənin bir neçə nəsr nümunələri var ki, orada problemlərə qarşı çıxaraq, ağrılı acılı hadisələrə toxunub: "Onun ən çox ağrı acısı cəmiyyətlə bağlıdır. Nurəngiz xanım anasına həsr etdiyi şeirdə kökünün dayandığı Cənubi Azərbaycana toxunub. Cənubi Azərbaycanla bağlı belə ağrılı şeiri yalnız kökü ora bağlı biri yaza bilərdi. O, bütün yaradıcılığında azadlığı xüsusi vurğulayıb, bu yolda döyüşkənliyini nümayiş etdirib".
Təqdimatın davamında çıxış edən natiqlər Nurəngiz Günün dünya miqyasına çıxarılan şair olduğunu dilə gətirərək, onun heç bir qəfəsə sığmadığını qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB