Bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində “Birlik” adlı beynəlxalq sərgi açılıb. SİA xəbər verir ki, sərgi ADRA-nın və ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin birgə təşəbbüsü ilə reallaşdırılıb.
Tədbirdə bildirilib ki, ADRA-nın muzey-sərgi kompleksi dünyanın bir sıra peşəkar, nüfuzlu və həvəskar rəssamlarının sərgisini birlikdə təşkil edib. Məqsəd “Saf rənglər” V beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının təşkilində onlara göstərdikləri köməyə görə təşəkkür etməkdir. Qeyd edilib ki, 2013-cü ildən ADRA-nın təşəbbüsü ilə keçirilən “Saf rənglər” festivalı Azərbaycanın ictimai həyatında, uşaq və yeniyetmələrin dünya mədəni əməkdaşlıq sisteminə inteqrasiyası prosesində mühüm hadisə oldu. Festivalın beynəlxalq miqyasda tanınması son beş ildə nəzərəçarpacaq dərəcədə artıb, coğrafi əhatə dairəsi genişlənib. Bu il müsabiqədə 42 ölkədən uşaq və yeniyetmələr iştirak edirlər. Azərbaycandan 23 studiya və məktəblər öz nailiyyətlərini nümayiş etdirib, 720 iştirakçı 1.069 rəsm işi təqdim edib. Hər bir ölkə və studiya, ayrı-ayrı iştirakçılar sərgi üçün ən yaxşı rəsm işlərini təqdim ediblər.
“Birlik” adlı beynəlxalq sərgidə rusiyalı rəssam Natalya Kornetova, azərbaycanlı rəssamlar Cəlal Ağayev, Ülviyyə Paşayeva və digər qonaqların rəngkarlıq, dekorativ tətbiqi sənət, heykəltəraşlıq, xalçaçılıq üzrə 70-dən çox əsəri nümayiş olunur.
Beynəlxalq sərgi bir həftə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB