Amaliya Pənahova: “İlham Əliyev hər zaman mədəniyyət işçilərinin fəxridir”- AÇIQLAMA

Amaliya Pənahova: “İlham Əliyev hər zaman mədəniyyət işçilərinin fəxridir”- AÇIQLAMA
Heydər Əliyevin incəsənət sahəsində çalışan insanların hər birinin inkişafında istər maddi, istərsə də mənəvi dəstəyini əsirgəməyib. Prezident İlham Əliyev də Ümummilli liderin layiqli davamçısıdır. Bu sözləri SİA-ya açıqlamasında Bakı Bələdiyyə Teatrının direktoru, xalq artisti Amaliya Pənahova deyib.

Xalq artisti qeyd edib ki, ulu öndərin incəsənət adamlarına böyük qayğısı və diqqəti olub: "Prezidentimiz İlham Əliyev də dahi şəxsiyyətin layiqli yolunu davam etdirir. İlham Əliyev də bu gün sənətdə olan insanlara yüksək qiymət verir. İlham Əliyev hər zaman bizlərə kömək edir ki, bunun da sayəsində sənət adamları özlərini heç bir zaman tək hiss eləmir. Sənətkarın qayğısı hər zaman olmalıdır. Əgər bu qayğını rəhbər edirsə, o zaman sənətkarın ürəyi daha da fərəhlə dolur və həvəslə çalışır".

Amaliya Pənahova həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev mədəniyyətimizin, o cümlədən teatrların inkişafı üçün lazımlı tədbirlər həyata keçirib: "İlham Əliyevin sərəncamı əsasında təmirə ehtiyacı olan teatrlarımız yenidən bərpa olunur, Bakıda dövlət səviyyəli festivallar və bir sıra önəmli tədbirlər həyata keçirilir. Prezidentimizin mədəniyyət sahəsində gördüyü xidmətləri Azərbaycan mədəniyyətinin və teatrının dünya ölkələrində tanınmasında xüsusi rol oynayıb. İnanıram ki, bundan sonra da İlham Əliyevin incəsənət sahəsinə göstərdiyi diqqət və qayğı hər zaman öz müsbət təsirini verəcək".

A. Pənahova: "Bir daha cənab Prezident İlham Əliyevi təbrik edirəm. İlham Əliyeva ən xoş arzularımı çatdırıram. Cənab Prezidentə uzun ömür və can sağlığı arzulayıram. Hər zaman ailəsinin yanında xoşbəxt olsun. İlham Əliyev hər zaman mədəniyyət işçilərinin fəxridir".

Bütün xəbərlər Facebook səhifəmizdə