Mədəniyyət naziri Əbülfəs Qarayev Nyu-Yorka səfəri çərçivəsində BMT baş katibinin terrorizmlə mübarizə məsələləri üzrə müavini Vladimir Voronkovla görüşüb. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, görüşdə terrorizmə yol açan ekstremizm, irqçilik, ksenofobiya ilə mübarizə məqsədilə mədəniyyətlər və dinlərarası dialoqun vacibliyi, “Bakı prosesi”nin əhəmiyyəti, həmçinin bu istiqamətdə Azərbaycanın müsbət təcrübəsinin də BMT-nin fəaliyyətinə töhfə verdiyi qeyd edilib.
Görüş zamanı 2019-cu ildə Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində terrorizmi yaradan səbəblərin aradan qaldırılması ilə bağlı birgə panelin təşkili təklif olunub. Nazir bildirib ki, bununla bağlı digər beynəlxalq tərəfdaşlarla birgə müzakirə aparılacaq və bu mövzu forumun proqramında nəzərə alınacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB