III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin qalibləri bəlli olub- FOTO
III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin birinci mərhələsi başa çatıb. SİA-nın məlumatına görə, müsabiqənin qalibləri dekabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək tədbirdə açıqlanacaq.
Doqquz nəfərdən ibarət Ekspertlər Şurası son 10 ilin ən uğurlu bədii əsəri, ilin romanı və ilin şeir kitabı olmaqla 3 nominasiya üzrə qalibləri müəyyən ediblər. Bundan əlavə, təşkilatçıların yazarlar arasında keçirdiyi alternativ sorğunun da qalibləri - hər nominasiya üzrə ən yaxşı 5 kitabın adı açıqlanacaq.
Müsabiqənin ikinci mərhələsi – "Debüt" nominasiyasının qalibləri isə gələn il fevralın 2-də elan olunacaq.
Qeyd edək ki, Nəsimi Milli Ədəbiyyat Müsabiqəsi 2008-ci ildən etibarən hər il keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB