Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Nyu-Yorka səfəri çərçivəsində BMT baş katibinin qlobal kommunikasiyalar üzrə müavini Alison Smeyl ilə görüşüb. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, görüşdə nazir Əbülfəs Qarayev BMT-nin qlobal kommunikasiyalar üzrə departamentinin 2017-ci ildə Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun BMT-nin televiziya və internet kanalı vasitəsilə yayımını təşkil etdiyinə görə minnətdarlığını bildirdi və bunun forumun və müzakirə edilən məsələlərin bütün dünyanın diqqətinə çatdırılması üçün qlobal məlumat platforması yaratdığını qeyd edib.
Xanım Alison Smeyl öz növbəsində Azərbaycanla əməkdaşlıq etməkdən məmnun olduqlarını və gələcəkdə bu əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını bildirib.
Daha sonra 2019-cu ildə Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun da BMT vasitəsilə canlı yayımının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB