“Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib

“Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib
Bu gün İncəsənət Gimnaziyasında Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunan "Qəhrəmanlar unudulmur" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, qəhrəmanlara həsr olunan tədbirdə İncəsənət Gimnaziyasının tələbələri həm şeirlər deyib, həm də tamaşalar nümayiş etdiriblər.

Bununla yanaşı, tədbirdə Milli Qəhrəmanlardan bəhs edən video çarx göstərilib.

Mərasimdə, həmçinin Azərbaycanın tarixi qəhrəmanlarından- Cavanşir, Babək, eyni zamanda Mixaylo ləqəbi ilə tanınan Mehdi Hüseynzadə və yaxın keçmişizdə göstərdiyi şücaətə görə Milli Qəhrəman adına layiq görülən Mübariz İbrahimov da yad edilib.

Qeyd edək ki, tədbir təşkilatçıları, İncəsənət Gimnaziyasının müəllimləri Turanə və Leyla Zeynalovalardır.

Bütün xəbərlər Facebook səhifəmizdə