Aşıq Şəmşir adına Gənc aşıqların V respublika müsabiqəsi keçirilib - FOTO
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ağstafa şəhərində Aşıq Şəmşir adına Gənc aşıqların V respublika müsabiqəsinin yekun turu və qaliblərin iştirakı ilə konsert keçirilib. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Məlumata görə, müsabiqədə 33 rayondan 77 nəfər gənc aşıq öz bacarığını nümayiş etdirib.
Münsiflər heyətinin yekdil rəyinə əsasən I mükafat, I dərəcəli diplom və laureat adına Əfsanə Kərimli (Ağstafa), II mükafat, II dərəcəli diplom və laureat adına Anar Abdullayev (Gədəbəy), III mükafat, III dərəcəli diplom və laureat adına Ruslan Məmmədov (Qazax), 3 həvəsləndirici mükafat və diplomlara Ərəstun Kamalov (Kəlbəcər), Leyla Sarıyeva (Sumqayıt) və Əsgər Osmanov (Şuşa) layiq görülüblər.
Qeyd edək ki, qaliblərin iştirakı ilə yekun konsert Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB