“START”da ilk dəfə filmlərin “Cinemobil” onlayn yarışması keçiriləcək
Bakıda reallaşacaq IX “START” Beynəlxalq Qısametrajlı Filmlər Festivalı çərçivəsində ilk dəfə olaraq “Cinemobil” onlayn yarışması da keçiriləcək. SİA-nın məlumatına görə, bu məlumatı festivalın direktoru Fehruz Şamıyev açıqlayıb. O deyib ki, onlayn yarışmaya təqdim olunmuş 15 ekran əsərindən yalnız 3-ü birincilik uğurunda mübarizə aparacaq. Müsabiqənin bu bölməsində qaliblər tamaşaçıların onlayn səsverməsi yolu ilə müəyyən ediləcək. Filmlər artıq noyabrın 10-dan etibarən festivalın “Facebook” səhifəsində yerləşdirilib. Səsvermə noyabrın 16-dək davam edəcək. Müsabiqənin qalibinə “Tamaşaçı rəğbəti” mükafatı təqdim olunacaq.
Yerli kinematoqrafçılara ideyalarını reallaşdırmağa kömək məqsədilə festivalın elan etdiyi “Pitçinq”ə isə 10 kino layihəsi təqdim olunub ki, onlardan 4-ü müzakirəyə çıxarılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB