Mədəniyyət və turizm naziri səhhətində problem olan incəsənət xadimləri ilə bağlı açıqlama verib

Mədəniyyət və turizm naziri səhhətində problem olan incəsənət xadimləri ilə bağlı açıqlama verib
"Yaşar Nuri ilə bu gün telefonla danışmışam, onun səsini eşidib sevindim". SİA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev KİV nümayəndələrinə açıqlamasında bildirib.

Ə. Qarayev qeyd edib ki, Azərbaycan mədəniyyətinə xidmət edən bütün sənət adamlarına hər zaman diqqət göstərilir: "Səhhətində problem olan sənət adamlarının hamısı ilə maraqlanırıq. Səyavuş Aslan özünü yaxşı hiss edir, Vaqif İbrahimoğlunun müalicəsi Türkiyədə davam etdirilir. Var qüvvəmizlə çalışacağıq ki, onların səhhətindəki problem köklü həll olunsun. Aktyor İlham Əsgərovun da səhhətinin yaxşılaşdırılması prosesi gedir. Onun həyatı üçün təhlükə geridə qalıb. Bu sənətçilər bizə və xalqımıza çox lazımdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə