Sabah Azərbaycanın Xalq artisti, teatr və kino aktrisası Amaliya Pənahova ilə vida mərasimi olacaq. SİA-nın məlumatına görə, bu barədə Əməkdar artist Hüsniyyə Mürvətova məlumat verib.
Onun sözlərinə görə, rəsmi vida mərasimi saat 12:00-da Akademik Milli Dram Teatrında keçiriləcək: "Teatrın kollektivi aktrisa ilə bu gün Təzə Pir məscidində vidalaşsa da, rəsmi tədbir sabah baş tutacaq. Mərhumun harada dəfn olunacağı hələlik dəqiqləşməyib".
Qeyd edək ki, Xalq artisti A.Pənahova bu gün 73 yaşında dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB