"Cümhuriyyət-100: bərpa edilmiş mədəni sərvətlər” - SEMİNAR- FOTOLAR

"Cümhuriyyət-100: bərpa edilmiş mədəni sərvətlər” - SEMİNAR- FOTOLAR

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin təşkilatçılığı ilə Məhsəti Gəncəvi adına mədəniyyət evində Gəncə şəhərinin, Goranboy, Naftalan, Kəlbəcər və Xocalı rayonlarının muzey müəssisələrinin əməkdaşları üçün “Cümhuriyyət-100: bərpa edilmiş mədəni sərvətlər” adlı sərgi-seminar təşkil edilib.

Mərkəzdən SİA bildirilib ki, əvvəlcə tədbirdə üç rəngli bayrağımızın, Əli bəy Hüseynzadənin Azərbaycana gətirilərək bərpa olunduqdan sonra Muzey Mərkəzinə təhvil verilən şəxsi əşyaları, rəsm əsərləri haqqında söhbət açılıb, həmin əşyaların, eləcə də Gəncə şəhərinin muzey toplularına məxsus bir çox əşyaların bərpa prosesini əks etdirən təqdimatlardan danışılıb.

Sonra Mərkəzin yaranma tarixindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə, Əli Bəy Hüseynzadə, eləcə də Cümhuriyyətin digər qurucuları haqqında tarixi sənədlərdən əldə edilmiş məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Sonda maraq doğuran suallar mərkəzin əməkdaşları tərəfindən cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə