Çin Xalq Respublikasının paytaxtı Pekində Dünya Bankının, Çin İnkişaf Bankının və Çin Sosial Elmlər Akademiyasının müştərək təşkilatçılığı ilə 500-ə yaxın iqtisadçının qatıldığı “Yeni erada yoxsulluğun azaldılması” adlı beynəlxalq forum keçirilib. SİA ATMU-dan verilən xəbərə görə, tədbirin gündəliyinə “Dayanıqlı inkişafın təmin edilməsində mümkün islahatlar”. “Yoxsulluğun azaldılmasında xarici təcrübələr” və “Yoxsulluğun azaldılmasında beynəlxalq əməkdaşlıq” məsələləri daxil olub.
Müzakirələr Dünya Bankının Prezidenti Cim Yonq Kim, Beynəlxalq Valyuta Fondunun Vitse-Prezidenti Devid Lipton və BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatının Sədri Xose Qraziano De Silvanın rəhbərliyi ilə keçirilib. Adıçəkilən beynəlxalq forumda ökəmizi AMEA İqtisadiyyat İnstitutunun “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin elmi işçisi, Azərbaycan Turizm və Menecment Universiteti “İqtisadiyyat” kafedrasının müəllimi Əkbər Hüseynov təmsil edib. “Azərbaycanda Yoxsulluğun azaldılması istiqamətləri” mövzusuna həsr etdiyi təqdimat- çıxışı zamanı Ə.Hüseynov “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf” Dövlət Proqramının əhəmiyyəti və büdcə xərclərinin yoxsulluğa təsirinin ekonometrik hesablamalarından çıxan nəticələrə analitik mövqe sərgiləyib.
“Yeni erada yoxsulluğun azaldılması” mövzusunda keçirilən beynəlxalq forum iştirakçıları Çin hökümətinin yoxsulluğun azaldılması yolunda son on ildə gördüyü işlər və yaratdığı yeni infrastrukturlarla yaxından tanışlıq məqsədilə ölkənin Şenzen, Honq-Konq Şanxay, Zuanqzou şəhərlərində olublar.
Qeyd edək ki, Əkbər Hüseynov ÇXR-da 2016-cı ildə keçirilən “Gənc tədqiqatçıların iqtisadi məsələlər üzrə beynəlxalq seminar”da , ötən il “Bir kəmər - bir yol (One belt one road)” ölkələrinin iqtisadi inkişaf və enerji təhlükəsizliyi əməkdaşlığı” adlı beynəlxalq konfransda iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB