Xaçmazda Gənclər Kitabxanasının 90 illiyi ilə əlaqədar görüş keçirilib FOTOLAR
Xaçmaz Tarix Diyarşünaslıq muzeyində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illiyi ilə əlaqədar kitabxana ictimaiyyəti və ziyalılar ilə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, Bakı Dövlət Unversitetinin Kitabxana-informasiya fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazımı, Azərbaycan Yazıçılar İttifaqının üzvləri, şairə İradə Əlili və Fərqanə Mehdiyeva, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları Vüsalə Yusifova və Almaz Əhmədova, Azərbaycan Yazıçılar İttifaqının üzvlü Ramiz Qusarçaylı, “Ulduzlar ədəbi məclisinin sədri Fərazlı Ziyanur, həmçinin region ziyalıları, kitabxanaçılar və digər mədəniyyət işçiləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Regional İdarənin rəisi N.Ağayev dövlətimiz tərəfindən kitaba, kitabxana işinə, eləcə də ziyalılara göstərilən diqqət və qayğıdan danışaraq belə tədbirlərin regionlarda keçirilməsinin əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev kitabxana sahəsində görülən işlərdən, yeniliklərdən bəhs edib. Bakı Dövlət Unversitetinin Kitabxana-informasiya fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazımı öz çıxışında Kitabxanaların işi, elektron kitabxana, sosial şəbəkələrdə kitabxanaların fəaliyyəti haqqında danışıb, “Mütaliə mədəniyyəti” mövzusunda fikirlərini bölüşüb. Azərbaycan Yazıçılar İttifaqının üzvləri, şairə İradə Əlili və Fərqanə Mehdiyeva çıxışlarında kitabxanaların fəaliyyətində sosial həyatımızı narahat edən bir sıra vacib məsələlərə - narkomaniya, erkən nikah və s. yönəltməyin vacibliyini vurğuladı, kitabxanaların bu işdə maarifləndirici kimi çıxış etməklə ictimaiyyətlə kitabxanaların əlaqələndirilməsinin əhəmiyyətini qeyd edib.
Sonda digər iştirakçılar mövzu ətrafında fikirlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB