Qusarda Mahmud Əbilovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Qusarda Mahmud Əbilovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Qusar rayon Heydər Əliyev Mərkəzində cəsur general Mahmud Əbilovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdən öncə iştirakçıları general Mahmud Əbilov adına Qusar rayon Mərkəzi Meydanında generalın abidəsi önünə gülqoyma mərasimində iştirak ediblər. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi D.İbramxəlilov açaraq tədbirin mahiyyəti və məzmunu haqqında qısa məlumat verdikdən sonra söz Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevə verilib. İdarə rəisi çıxışında generalın göstəriyi şücaətlərdən danışaraq bildirdi ki, onun həyatı, fəaliyyəti bugünki gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında nümunədir.

Muzeyin əməkdaşları L.Bağırova “Qusarlıların qəhrəmanlıq salnaməsi” və T.Nəsruyeva “Mahmud Əbilovun həyat və fəaliyyəti” mövzularında geniş çıxış ediblər. Qusar şəhər 1 saylı orta məktəbin şagirdi M.Niftəliyeva və şəhər 3 saylı məktəbin şagirdi A.Kərimli general Əbilovun xatirəsinə həsr olunmuş şeirlər oxuyublar.

Rayon Veteranlar evinin sədri C.Məmmədov, “General Mahmud Əbilov“ kitabının müəllifi H.Yargunvi də general-mayorun fədakarlığı, gənclərə örnək ola biləcək həyat yolu haqqında danışıblar

İncəsənət məktəbinin xorunun ifasında “ Torpağın səsi” mahnısı tədbirə rəng qatıb.

Sonda Generalın Həyat fəaliyyətindən bəhs edən “Kiçik kəndin böyük generalı” filmi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə