Nazir Beynəlxalq Teatr İnstitutunun prezidentini qəbul edib FOTOLAR

Nazir Beynəlxalq Teatr İnstitutunun prezidentini qəbul edib FOTOLAR

Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Əbülfəs Qarayev UNESCO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Teatr İnstitutunun prezidenti cənab Mohamed Saif Əl-Əfhamı qəbul edib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, görüş zamanı BTİ ilə Azərbaycan arasındakı mədəni əlaqələr müzakirə olunmuş və gələcəkdə bu əlaqələrin daha da möhkəmləndirilməsiməqsədilə yeni təkliflər irəli sürülmüşdür. Nazir Əbülfəs Qarayev Beynəlxalq Teatr İnstitutu ilə Azərbaycan teatrları arasında münasibətlərinmütəmadi olaraq inkişaf etdirilməsi və yeni mədəni layihələrin həyata keçirilməsi məsələlərinidiqqətə çatdırıb.

Mohamed Saif Əl-Əfham 5 noyabr tarixində start götürən V Bakı Beynəlxalq Teatr Konfransında iştirak etmək üçün Azərbaycana səfər etməkdən məmnunluğunu ifadə edib. Söhbət əsnasında onun Əl-Füceyrədə keçirilən Beynəlxalq Monodram Forumunun prezidenti olduğu vurğulanmışdır. Mohamed Saif Əl-Əfhamrəhbəri olduğu bu forumda Azərbaycanlı teatr xadimlərinin də iştirak etməsi arzusunu bildirib.

Eyni zamanda BTİ-nin Dünya Konqresinin 2020-ci ildə Azərbaycanda keçirilməsi məsələsi də müzakirə olunub.

Görüş V Bakı Beynəlxalq Teatr Konfransının əhəmiyyəti və gələcəkdə qarşılıqlı birgə layihələr mövzusunda müzakirələrlə davam edib.

​Daha sonra Mohamed Saif Əl-Əfham Bakıda keçirilən konfransın yüksək səviyyədə təşkili üçün cənab nazirə öz minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə