“Mən şəxsən hörmətli Mehriban xanım Əliyevaya təşəkkürümü bildirmək istəyirəm. Onun Heydər Əliyev Fondunun Prezidenti olaraq, Azərbaycan mədəniyyəti üçün etdiyi töhfələr və həyata keçirdiyi layihələr olduqca böyük əhəmiyyət kəsb edir. SİA-nın xəbərinə görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev parlamentdə komitələrinin birgə iclasında büdcə müzakirəsi zamanı çıxış edərkən deyib.
Nazir bildirib ki, Ağdamda Muğam Evinin inşa edilməsi olduqca böyük hadisədir: “Biz hamımız çox gözəl hadisəni müşahidə etdik. Ağdamda böyük bir mədəniyyət mərkəzi olaraq, Muğam Evi inşa olundu. Dövlət büdcəsindən vəsait ayrılmadan Heydər Əliyev Fondunun dəstəyi ilə bu məsələ öz həllini tapdı. Demək olar ki, muğamın beşiyində Muğam Mərkəzi fəaliyyət göstərəcək. Belə nümunələr çoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB