"Büdcədən mədəniyyətə ayrılan vəsait yox dərəcəsindədir"

"Büdcədən mədəniyyətə ayrılan vəsait yox dərəcəsindədir"

"Əgər bu gün mədəniyyət sahəsinə ayrılan vəsaitin həcmi yenə sıfırın altındadırsa, o zaman biz istədiyimiz, arzuladığımız nəticələrə çətin çata bilərik. Yalnız mədənyyətimiz güclü olan zaman Amerikanın, Çinin və digərlərinin qarşısına çıxa bilərik". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

Azərbaycanın tarixən mədəniyyət ölkəsi olduğunu deyən komitə sədri söyləyib ki, amma büdcədə bunun əksini görürük: "Büdcədən mədəniyyətə ayrılan vəsait demək olar ki, yox dərəcəsindədir. Biz Niyaziləri, Qara Qarayevləri, Səttar Bəhlulzadələri və digərlərini necə yetişdirə bilərik? Mədəniyyətə belə yanaşma varsa, təbii ki, heç nə olmayacaq. Ona görə hesab edirəm ki, mədəniyyətin fəlsəfəsinə yanaşma dəyişməlidir, mədəniyyət sahəsinə ayrılan vəsaitlər qat-qat artırılmalıdır".

Komitə sədri büdcədən kino üçün nəzərdə tutulan vəsaitin artırılmasını da təklif edib: " Büdcədən bu sahəyə ayrılan pulla hansı kinodan, uğurlu sənət əsərindən, bədii, sənədli, animasiya filmindən söhbət gedə bilər? Bu il Azərbaycan kinosunuin 120 illiyi tamam oldu, hansı ki, Azərbaycan kinosu yarananda dünyanını aparıcı ölkələrində belə kino yox idi. Amma ayrılan pulla kinomuzu necə inkişaf etdirmək, dünyaya təqdim etmək olar?”

R. Hüseynov deyib ki, bu gün rayonlarda mədəniyyət obyektlərinin, muzeylərin, kitabxanların çoxu bərbad, nimdaş vəziiyətdir: “Odur ki, Maliyyə Nazirliyi, hökumət mədəniyyət sahəsinə, Mədəniyyət Nazirliyinə ayrılan vəsaitə bir daha qayıtmalı, vəsaitin həcmini artırmalıdırlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə