Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II respublika müsabiqəsinə yekun vurulub
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II respublika müsabiqəsinə yekun vurulub. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Müsabiqə respublikada musiqi təhsilinin inkişaf etdirilməsi, milli musiqi alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunub.
Müsabiqənin I turu zonalar üzrə Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Sumqayıt, Şəki şəhərlərində və Ağcabədi rayonunda, II turu isə Bakıda keçirilib. Müsabiqədə respublikanın müxtəlif rayon və şəhərlərinin uşaq musiqi və incəsənət məktəblərindən 598 şagird iştirak edib.
İki yaş qrupunda tar, kamança, saz, kanon, balaban və qarmon musiqi alətləri üzrə keçirilən müsabiqədə münsiflər heyətinin qərarı ilə Bakı, Gəncə, Şəki, Şirvan, Ağcabədi, Göygöl, Qusar, Samux şəhər və rayonlarının, habelə Naxçıvan Muxtar Respublikası uşaq musiqi və incəsənət məktəblərinin şagird, müəllim və konsertmeysterləri Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif dərəcəli diplomları, Fəxri fərmanları və pul mükafatları ilə təltif olunublar.
Bundan başqa, Lənkəran, Sumqayıt, Şamaxı, Ağstafa, Balakən, Füzuli, Gədəbəy, Goranboy, Qəbələ və Salyan şəhər və rayon uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinə müsabiqədə fərqləndiklərinə görə tərifnamələr verilib.
Qeyd edək ki, 22 dekabr saat 18:00-da Azərbaycan Dövlət Filarmoniyasında Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsi qaliblərinin yekun konserti keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB