Tofiq Quliyev adına birinci estrada mahnı müsabiqəsinin qala-konserti keçiriləcək
Noyabrın 7-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 100 illiyinə həsr olunan birinci estrada mahnısı müsabiqəsinin qala-konserti keçiriləcək. Bu barədə SİA Azərbaycan Bəstəkarlar İttifaqından məlumat verilib.
Həmçinin noyabrın 6-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda müsabiqənin nəticələrinə həsr edilən mətbuat konfransı, həmçinin qaliblərin mükafatlandırılması mərasimi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB