Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetinin Tədris işləri üzrə prorektoru İranə Əliyeva və Tədris-metodiki şöbənin müdiri Nərminə Abdullayeva Bolqarıstan Respublikasında səfərdə olublar.
SİA ATMU-dan verilən xəbərə görə, səfərin məqsədi ATMU tələbələri üçün nəzərdə tutulan 22 həftəlik istehsalat təcrübəsinin təşkili və keçirilməsinə dair müzakirələr aparmaq, həmçinin sənaye müəssisələrində mövcüd şərait, tələb və şərtlərlə tanışlıqdan ibarət olub.
Səfərin ilk günü Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqaladə və səlahiyyətli səfiri xanım Nərgiz Qurbanova ilə keçirilən görüşdə adıçəkilən ölkənin Beynəlxalq Biznes Məktəbi (BBM) ilə əlaqələrin qurulması, ATMU tələbələrinin peşəkarlıq vərdişlərini artırmaqdan ötrü təcrübə semestrinin təşkili detallı müzakirə olunub. Bolqarıstan Respublikasının Məşğulluq Agentliyinin nümayəndələri ilə keçirilən görüşdə konkret olaraq tələbələrin təcrübə keçmə müddəti və işlə təmin olunma məsələlərinin hüquqi baxımından tənzimlənməsi amilinə münasibət bildirilib. Bolqarıstan Respublikasının Varna şəhərində Azərbaycan Respublikası səfirliyi tərəfindən keçirilən Turizm sərgisinə qatılan ATMU-nun prorektoru İ.Əliyeva və şöbə müdiri N.Abdullayeva “Albena” kurort zonasındakı yerləşmə obyektlərini ziyarət etməklə bərabər, bir neçə otel kompleksinin rəhbər şəxsləri ilə danışıqlar aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB