Muğam ustaları ABŞ-ın San-Fransisko şəhərində konsert verəcəklər
Xəbər verdiyimiz kimi, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu və "Azərbaycan İnternəşnl" jurnalının təşkilatçılığı ilə ABŞ-da Azərbaycan muğam ustalarının konserti keçirilir.
SİA-nın xəbərinə görə, dekabrın 23-də xalq artisti Siyavuş Kəriminin rəhbərliyi altında tanınmış musiqiçilər - Xalq artistləri Aygün Bayramova, Mənsum İbrahimov, həmçinin Əməkdar artistlər Elnurə Əhmədova, Elçin Həşimov, Kamran Kərimov San-Fransiskoda xüsusi konsert proqramı ilə çıxış edəcəklər.
Bundan əvvəl muğam ustalarımız Los-Ancelesdə Azərbaycan musiqisinin zənginliyini bir daha nümayiş etdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB