50-ci mövsümün ilk premyerası... FOTOLAR

50-ci mövsümün ilk premyerası... FOTOLAR

Yenicə 50 illik yubileyini qeyd edən Sumqayıt Dövlət Dram teatrı böyük əzmlə repertuarını zənginləşdirməkdədir. SİA teatrdan verilən xəbərə görə, rus xalq xağılı əsasında səhnələşdirilən “Kim güclü, kim ağıllı?” tamaşasının premyerası olub.

Kiçik yaşlı tamaşaçılar və məktəblilərin həm əylənib, həm də öyrənmələrini təmin edən nağıl tamaşada obrazların timsalında ağıl və gücün müqayisəsi aparılır.

Tamaşadan öncə teatrın direktoru Əməkdar incəsənət xadimi Mübariz Həmidov, Texniki və Təbiət Elmləri Liseyinin direktor müavini Ətrabə Tağıyeva, quruluşçu rejissor Ayla Osmanova tamaşaçıları salamlayıb, yeni mövsüm və yeni tamaşa münasibətilə yaradıcı heyəti təbrik ediblər.

Daha sonra tamaşa nümayiş edilib. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Ayla Osmanova, quruluşçu rəssamı Nizami Dadaşov, rəqslərin quruluşçusu Ceyhun Dadaşovdur.

Obrazları teatrın gənc və orta yaş nəslinə mənsub aktyorlarından Şəhla Məmmədova, Ceyhun Məhərrəmov, Vəfa Qurbanova, Dağlar Rüstəmov, Sevda Hüseynova, Yalçın Səlimov və Elmir Mehdiyev ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə