“Vətən sənə oğul dedi” adlı tədbir keçirilib FOTOLAR

“Vətən sənə oğul dedi” adlı tədbir keçirilib FOTOLAR

Azərbaycan İstiqlal Muzeyinin və Cəbrayıl Tarix – Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Şikar Aslanova həsr olunmuş “Vətən sənə oğul dedi” adlı tədbir keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov, Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev, Cəbrayıl rayon Tarix – diyarşünaslıq muzeyinin direktoru Abbasov Tariyel, Milli qəhrəmanın qardaşı Mükafat Aslanov, döyüş yoldaşları Tofiq Əhmədov, Vəliyəddin Məmmədov, Hacı Məhəmməd Hüseynov, şairə Mətanət Ulu Şirvanlı, şəhid bacısı Aytən Fətullayeva, Mehman Mayılxanov və.b qonaqlar çıxış ediblər.

Tədbirdə Azərbaycan Respublikası Milli Qəhrəmanı Şikar Aslanova həsr edilmiş sənədli film nümayiş etdirilib, eyni zamanda 158 saylı orta məktəbin 4- cü sinif şagirdləri Şikar Aslanaova həsr edilmiş bayatılar səsləndiriblər.

Tədbirdən sonra qonaqlar Azərbaycan İstiqlal Muzeyinin zallarında nümayiş etdirilən Cəbrayıl rayon Tarix – diyarşünaslıq muzeyinin eksponatları ilə və Milli Qəhrəmanlara həsr edilmiş guşə ilə tanış olublar.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Şikar Aslanov 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulub. İlk təhsilini burada alan Şikar 1987-ci ildə məktəbi bitirib. 1988-ci ildə sovet ordusuna hərbi xidmətə çağırılıb. 1990-cı ildə doğma vətənə dönərək DİN-in post patrul xidmətinə qəbul olunub. Erməni işğalçılarının vətənə basqını zamanı Şikar silaha sarılaraq cəbhəyə yollanıb. 1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurub. 1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlib, cəsur döyüşçünü hospitala çatdırsalar da onun həyatını xilas etmək mümkün olmur, vətənimizin igid oğlu əbədi olaraq gözlərini yumub. Doğulduğu Süleymanlı kəndində dəfn edilib. Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə