Biləsuvarda Mikayıl Müşfiqin 110 illiyi münasibəti ilə tədbir keçirilib FOTOLAR

Biləsuvarda Mikayıl Müşfiqin 110 illiyi münasibəti ilə tədbir keçirilib FOTOLAR

Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində Mikayıl Müşfiqin 110 illiyi münasibəti ilə tədbir keçirilib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, tədbirdə rayonun rəsmi dövlət nümayəndələri ilə yanaşı, həmçinin təhsil və mədəniyyət işçiləri də iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan İdarənin rəis müavini Rəfiqə Cəfərova şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı prezidentin sərəncamı haqqında məlumat verdi. Sonra şairin həyat və yaradıcılığından söz açdı və ədəbiyyatımız üçün əhəmiyyətini qeyd edib.

Tədbir rayonun Mədəniyyət Mərkəzinin hazırladığı “Oxu tar” adlı ədəbi-bədii kompozisiya ilə davam edib. Ardınca şairin şerləri səsləndirilib və onun şerlərinə yazılmış mahnılar ifa olunub.

Tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

Bütün xəbərlər Facebook səhifəmizdə