Rəşid Behbudovun 95 illiyinə həsr olunan “Rəşid Behbudov və Azərbaycan bəstəkarları” mövzusunda konfrans keçirilib
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda dünya şöhrətli müğənni, SSRİ-nin xalq artisti, Dövlət Mükafatı laureatı Rəşid Behbudovun 95 illiyinə həsr olunan "Rəşid Behbudov və Azərbaycan bəstəkarları" mövzusunda konfrans keçirilib.
SİA-nın məlumatına görə, konfransda giriş sözü ilə ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə çıxış edib. O bildirib ki, Rəşid Behbudov Azərbaycanın ən parlaq simalarından biridir: "Bugünki yubileydə səbəbkar haqqında film nümayiş olunacaq. Bununla yanaşı, R. Behbudov barəsində yeni faktlar aşkar etmişik ki, onları da bu gün göstərəcəyik".
Daha sonra musiqişünaslar Kamil Şahverdiyev "Azərbaycan musiqisində Rəşid Behbudov fenomeni", professor İmruz Əfəndiyeva "Bəstəkar yaradıcılığının Rəşid Behbudov sənətində təcəssümü", Məryəm Babayeva "Rəşid Behbudov və Tofiq Quliyev: mükəmməl ifaçı və bəstəkar tandemi işığında" mövzusunda məruzə söyləyiblər.
Tədbirin davamında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti İslam Qasımovun Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından Əsgərin mahnısı səsləndirilib.
Sənətkarın qızı, əməkdar artist Rəşidə Rəşid isə atasının həyatının maraqlı məqamlarından söhbət açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB