“Bakı gecələri-2010” Estrada Mahnı Festivalının on-line səsverməsi sabah başa çatacaq- FOTO
"Bakı gecələri-2010" Estrada Mahnı Festivalının on-line səsverməsi sabah başa çatacaq. SİA-nın məlumatına görə, festival Azərbaycanda estrada janrında mahnı bəstələyən yaradıcı insanların əməyini qiymətləndirmək və peşəkarlıq səviyyəsini inkişaf etdirmək məqsədilə üçüncü ildir ki, təşkil olunur.
Festivalda iştirak etmək üçün Təşkilat Komitəsinə ümumilikdə 54 bəstəkar və mahnı müəllifi, 63 şair və həvəskar söz yazarı, 25 aranjemançının ərsəyə gətirdiyi 100-ə yaxın mahnı təqdim olunub. 3 konsert proqramından ibarət seçim turunda Təşkilat Komitəsi tərəfindən seçilən 80 mahnı müğənnilərin ifasında səslənib və professional münsiflər heyəti tərəfindən sözlərinə, aranjemana, ifa tərzinə görə qiymətləndirilib. İlkin üç mərhələdə yüksək bal toplayan 20 əsər isə finala vəsiqə qazanıb.
Qeyd edək ki, "Bakı gecələri-2010" Estrada Mahnı Festivalının qala konserti dekabrın 23-də Heydər Əliyev Sarayında keçiriləcək. Həmin gün səslənən mahnılar "Qran-Pri" və 4 nominasiya üzrə mükafatlar uğrunda mübarizə aparacaq. Qala-konsertdə iştirak edən ifaçılar "Bakı Gecələri Estrada Mahnı Festivalının Laureatı" adına layiq görüləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB